Britaniyalı ekspertlər: ""Metsamor" AES tarixi anomaliyadır"

Britaniyalı ekspertlər:

"Metsamor" AES regiona təhlükə törədir və tarixi anomaliyadır, çünki seymsik qırılma xəttində yerləşir.


Aktual.az bildirir ki, bunu Trend-ə Transatlantik və Qafqaz Araşdırmaları İnstitutunun rəhbəri, Böyük Britanityanın Energetika İqtisadiyyatı İnstitutunun üzvü Uilyam Arturs və Böyük Britaniyanın Transatlantik və Qafqaz Araşdırmaları İnstitutunun direktoru Ziba Norman deyib.

Ekspertlər bildiriblər ki, "Metsamor" AES-in layihələndirilməsi hazırda aparılsaydı, texniki təhlükəsizlik qaydalarına müvafiq olaraq belə yerdə heç vaxt yerləşməzdi: "Metsamor" AES Fukusimadakı AES kimi intensiv seymsik aktivlik zonasına yerləşib. Bu zonanın təhlükəli olduğunu 1988-ci ildə baş vermiş 6,8 gücündə zəlzələ göstərdi. Həmin zəlzələnin episentri Metsamordan cəmi 100 kilometr aralıda olub".

Onların sözlərinə görə, Çernobılda olduğumu kimi "Metsamor"da qəza zamanı radioaktiv materialllar milli sərhədlərdən kənarlara yayılacaq: "Bu məsələdə beynəlxalq ictimaiyyətin maraqları risk altındadır".

Ekspertlər qeyd ediblər ki, Ermənistanın sahəsi kiçikdir və AES-də qəza baş verərsə, bu ölkə yaşayış üçün yararsız ola bilər.

Xəbər 447 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR