Livanda münaqişənin genişlənməsi İsrailin və Hizbullah hərəkatının maraqlarına uyğun deyil və gözlənilməz nəticələrlə böyük regional müharibə ehtimalını artırır.
Aktual.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Keyr Starmer BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib.
"Mən İsrail və Hizbullahı zorakılığı dayandırmağa və genişmiqyaslı müharibənin astanasından geri çəkilməyə çağırıram. Diplomatik həll şansı vermək üçün dərhal atəşkəs lazımdır”, - deyə o bildirib.
Xəbər 148 dəfə oxunub.