Britaniyada insanın donuz qripinə ilk yoluxma halı qeydə alınıb

Britaniyada insanın donuz qripinə ilk yoluxma halı qeydə alınıb
  • DÜNYA

Böyük Britaniyada, İngiltərənin şimalında donuz qripi virusuna A(H1N2) ilk yoluxma halı qeydə alınıb.
Aktual.az-ın məlumatına görə, bu barədə Böyük Britaniyanın Səhiyyədə Təhlükəsizlik Agentliyi (UKHSA) məlumat yayıb.
Söhbət 1b.1.1 virusunun "digər ölkələrdə a(H1N2) qripinə yoluxma hallarına səbəb olanlardan fərqli, lakin İngiltərədə donuz populyasiyasında dolaşan viruslara bənzəyən müxtəlifliyindən gedir. Agentliyin mütəxəssisləri indi "patogenin xüsusiyyətlərini müəyyənləşdirmək və insan sağlamlığı üçün yaratdığı riskləri qiymətləndirmək üçün tərəfdaşlarla sıx əməkdaşlıq edirlər.
Virusa yoluxmuş Şimali Yorkşir sakinində yüngül əlamətlər olub, o indi tam sağalıb. Həmin şəxslə təmasda olanlar tibbi müşahidə altındadır.
İnfeksiyanın yoluxma yolu hələ müəyyən edilməyib.

Xəbər 173 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR