Britaniya polisi hələ ölkədə uzun müddət danışılacaq əməliyyata start verib.
ANS PRESS-in məlumatına görə, polis tərəfindən azyaşlıların cinsi əlaqəyə cəlb olunması maddəsi ilə 1400-ə yaxın şübhəli saxlanılıb.
Ən dəhşətlisi isə şübhəlilər arasında məşhur siyasətçilər və televiziya aparıcıları da var.
Qeyd edək ki, bu Britaniyada ilk belə qalmaqal deyil. 3 il bundan əvvəl məşhur teleşounun aparıcısı Cimmi Sevil analoji ittihamla yaxalanmışdı. Müəyyən olmuşdu ki, uşaq zorakılığı məşhurun onillərdir məşğul olduğu cinayət əməlidir.
Aktual.az