Britaniya və Fransa Ukraynaya ordu göndərməyi müzakirə edir

Britaniya və Fransa Ukraynaya ordu göndərməyi müzakirə edir
  • DÜNYA

Böyük Britaniyanın Baş naziri Keyr Starmer və Fransa Prezidenti Emmanuel Makron müharibəni dayandırmaq üçün potensial razılaşmadan sonra Britaniya və Fransa əsgərlərini Ukraynaya sülhməramlı missiya kimi göndərməyi düşünür.
Aktual.az xəbər verir ki, bu barədə "Teleqraf” mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Fransa prezidenti bu yanaşmanı dəstəkləyir və artıq bunu Ukrayna lideri Vladimir Zelenski və Polşanın Baş naziri Donald Tuskla müzakirə edib.
Təklif Avropa liderlərinin Kiyev və Moskva arasında sülh razılaşması əldə etməyə çalışan Donald Trampın təzyiqi fonunda Ukraynaya dəstək olub-olmaması barədə müzakirələr apardığı bir vaxtda verilib.
Xəbər 53 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR