Böyük Britaniya müasir silahların alınması üçün Ukraynaya 3,5 milyard funt sterlinq (4,6 milyard dollar) ayırıb.
Aktual.az xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin rəsmi saytında məlumat yayılıb.
Məlumata görə, Böyük Britaniyanın ticarət missiyası, o cümlədən Müdafiə Nazirliyi, Biznes və Ticarət Departamentinin nümayəndələri və ADS müdafiə assosiasiyası gələcək əməkdaşlığı müzakirə etmək üçün Ukraynaya səfər edib:
"Missiyanın səfəri iyulda imzalanmış sazişin davamıdır və ona əsasən Kiyev bu vəsaiti Britaniyanın ən son silahlarını almaq üçün istifadə edə bilər. Tərəflər həmçinin Ukraynanın inteqrasiya olunmuş silahlara və yerüstü sistemlərə ehtiyaclarını müzakirə ediblər. Böyük Britaniyanın Müdafiə Nazirliyi ölkənin aparıcı şirkətləri ilə bir neçə mühüm müqavilə bağlayıb”.
Xəbər 165 dəfə oxunub.