Gələcəkdə Türkiyənin Avropa İttifaqında üzvlüyünə dair yekun qərara veto qoya bilərik.
Aktual.az report-a istinadən bildirir ki, bu fikri Böyük Britaniyanın maliyyə naziri Corc Osborn bildirib.
Onun sözlərinə görə, yaxın gələcəkdə Ankaranın Aİ-yə üzvlüyü real deyil.
Britaniyalı nazir: "Əgər istəsək, Avropa İttifaqına üzv olan digər ölkələr kimi veto hüququndan istifadə edə bilərik", - deyə vurğulayıb.