Britaniya parlamenti sentyabrın 25-də işini bərpa edəcək

Britaniya parlamenti sentyabrın 25-də işini bərpa edəcək
  • DÜNYA

Böyük Britaniya parlamenti sentyabrın 25-də işini bərpa edəcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu İcmalar Palatasının sədri Con Berkou bildirib.
O, palataya deputatların sabahdan - sentyabrın 25-dən işlərini bərpa etmələri barədə göstəriş verdiyini açıqlayıb.
Spikerin sözlərinə görə, parlamentarilər sabah nazirliklərin işinə dair məsələlərə, həmçinin həll edilməli olan bir neçə sənədə baxacaqlar.
Qeyd edək ki, daha əvvəl Böyük Britaniya Ali Məhkəməsi baş nazir Boris Consonun təşəbbüskarı olduğu parlamentin fəaliyyətinin dayandırılmasını qanunsuz elan edib.
Xəbər 390 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR