Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına dair referendumun nəticələri bəlli olub.
AzNews.az BBC-yə istinadən xəbər verir ki, Birləşmiş Krallığın ittifaqdan ayrılmasının tərəfdarları qələbə qazanıblar. Məlumata görə, 52 % britaniyalı ittifaqdan çıxmağın lehinə, 48 % isə əleyhinə səs veriblər.
Ümumilikdə Krallığın ittifaqdan çıxmasını istəyən insanlar 16,7 milyon səs həddini keçiblər. Bu isə o deməkdir ki, ittifaqda qalmağın tərəfdarları olanlar artıq onların səs faizinə çata bilməyəcək. Bununla da, Böyük Britaniya ittifaqda 43 il fasiləsiz qaldıqdan sonra Aİ-nı tərk edəcək.