Xalq artisti Brilliant Dadaşova dedi və elədi. Sənətçi ölməz bəstəkar Fikrət Əmirovun “Neyləmişəm” mahnısını Türkiyədə işıqüzü görən yeni albomuna daxil edib.
Aktual.az publika.az-a istinadən xəbər verir ki, sənətçi xalq artisti İlhamə Quliyevanın qadağasına baxmayaraq, həmin mahnını ANS-in efirində də oxuyub.
Qeyd edək ki, primadonna həmkarına bu mahnını oxumağa qadağa qoyub, Brilliant Dadaşovanın bu mahnının efirdə ifa edəcəyi tərzdə onu məhkəməyə verəcəyini bildirib.
Onu da xatırladaq ki, mahnının varisi, Fikrət Əmirovun oğlu Cəmil Əmirov müsahibəsində atasının “Neyləmişəm” mahnısını oxuması üçün Brilliant Dadaşovaya icazə verdiyini demişdi.