Aktyor Bred Pitt həyat yoldaşı Ancelina Colidən ayrıldıqdan sonra ilk dəfə olaraq övladları ilə görüşə bilib
Aktual.az Ölkə.Az-a istinadən xəbər verir ki, cütlük arasında yaranan qalmaqaldan sonra bu baş tutan ilk görüşdür. Amma övladlarından hamısı Bredlə görüşüb söhbət etmək istəməyib. Aktyorun uşaqları ilə görüşü nəzarət altında keçib.
Keçmiş cütlük arasında bağlanmış müqaviləyə əsasən, Bred Pitt bundan sonra övladları ilə yalnız nəzarət altında görüşəcək.
Xatırladaq ki, Bred Pitt və Ancelina Coli cari ilin sentyabr ayında boşanmaq üçün məhkəməyə müraciət ediblər.