Braziliyada "WhatsApp"dan istifadəyə qadağa qoyulub

Braziliyada
  • DÜNYA

Braziliyada "WhatsApp"dan istifadə 48 saat müddətində əngəllənəcək.

Aktual.az "Report"a istinadən xəbər verir ki, San-Paulu şəhər məhkəməsi bütün ölkə üzrə mobil rabitə operatorlarının üzərinə məşhur mobil messencerə çıxışı bağlamaq öhdəliyi qoyan qərar qəbul edib.
Messencerin əngəllənməsinə dair qərar cinayət istintaqı zamanı qəbul olunub. İşin detalları açıqlanmır.
Məhkəmə qeyd edib ki, "WhatsApp" şirkəti cinayət istintaqı üzrə əməkdaşlığa dair bir neçə dəfə sorğu alıb, lakin onların heç birinə əməl etməyib.

Xəbər 337 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR