Braziliyada baş verən kütləvi etiraz aksiyalar zamanı nümayişçilər və polis arasında toqquşmalar baş verib.
Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, ictimai nəqliyyatda gediş haqqının bahalaşmasına qarşı nümayişlər ölkənin ən iri şəhəri San-Paulu daxil olmaqla, bir çox şəhərlərdə keçirilib.
Etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarını daşqalaq ediblər. Asayiş keşikçiləri isə cavab olaraq onlara qarşı səs qumbaraları və gözyaşardıcı qazdan istifadə edib.
Qeyd edək ki, 3 il əvvəl də nəqliyyat tariflərinin artması Braziliyada kütləvi etirazlara səbəb olmuşdu.