Braziliyada həbsxanadan 470 məhbus qaçdı

Braziliyada həbsxanadan 470 məhbus qaçdı
  • DÜNYA

Braziliyanın San-Paulu ştatının polisi Jardinopolis şəhəri ətrafında yerli həbsxanadan qaçan məhbusları axtarır. 

Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, ştatın hakimiyyətinin verdiyi məlumata görə, həbsxanadan ümumilikdə 470 təhlükəli cinayətkar qaçıb. 

Kütləvi qaçış sentyabrın 29-da keçirilən qiyamdan sonra baş tutub. Etiraz zamanı məhbuslar dülgər emalatxanasını yandırıblar, yaranan qarışıqlıqdan istifadə edərək penitensiar müəssisəni tərk ediblər.   

Cümə gününün ikinci yarısında 338 qaçaq məhbus tutulub, digərləri hələ də azadlıqdadırlar. Daha iki nəfərin öldüyü məlumdur, onlardan biri çayda boğulub, digərinin külə dönmüş cəsədi isə şəkər çuğunduru sahəsində aşkar edilib. 

Qiyama səbəb kameralarda məhbusların çoxluğu olub: həbsxana 1080 nəfər üçün nəzərdə tutulsa da, orada 1860-dan çox məhbus saxlanılırdı.

Xəbər 321 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR