Braziliya Konqresinin Aşağı palatasının 342 deputatı ölkə prezidenti Dilma Russefin impiçmentinə səs verib. Bu da deputatların ümumi sayının 2/3 hissəsini təşkil edir.
AzVision.az `Euronews`-a istinadən xəbər verir ki, Aşağı palatanın deputatları Dilma Russefin Braziliya prezidenti vəzifəsindən uzaqlaşdırılması təşəbbüsünün lehinə səs veriblər.
Lakin yekun qərar Yuxarı palatanın senatorları tərəfindən qəbul ediləcək.