Təhqiqatların yenidən açılması barədə qərar qəbul edilib
Braziliya prezidenti Dilma Rousseff dələduzluqla bağlı ittihamlara görə tutduğu vəzifədən məhrum ola bilər.
Braziliyanın Ali seçki məhkəməsi hazırkı prezident Dilma Rousseff və vitse-prezident Mişel Temerə qarşı seçkiöncəsi kampaniyada "Petrobras" neft nəhəngindən dələduzluqla əldə edilən vəsaitlərdən istifadə edilməsi ilə bağlı təhqiqatların yenidən açılması barədə qərar qəbul edib.
"Globo" saytı yazır ki, 7 hakimdən 5-i araşdırmaların bərpa edilməsinin lehinə səs veriblər. Fevralda hakim müxalifət tərəfindən irəli sürülən iddianı dəlillərin olmaması səbəbi ilə arxivə göndərmişdi.
İttihamların təsdiqini tapacağı halda Rousseff prezident mandatından məhrum oluna bilər.