Braziliya həbsxanasındakı iğtişaşlar nəticəsində 52 nəfər ölüb

Braziliya həbsxanasındakı iğtişaşlar nəticəsində 52 nəfər ölüb

Braziliyanın Altamira bələdiyyəsindəki həbsxanada iğtişaşlar nəticəsində 52-dən çox məhbus ölüb.

"Report" bu barədə "Globo" televiziya kanalının Para əyalətinin Cəza Xidmətinin nümayəndələrinə istinadən xəbər verir.
Bildirilib ki, məhbusların əksəriyyəti qapalı otaqda dəm qazından boğulma səbəbindən dünyasını dəyişiblər.
Məhbuslardan 16 nəfərin başı kəsilib. Bundan əlavə, iki həbsxana işçisi girov götürülüb lakin sonradan sərbəst buraxıblar.
Bundan əvvəl Braziliyada həbsxanaların birindəki davada 15 nəfər ölmüşdü.
Xəbər 269 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR