BQXK hərbçimizin meyitinin alınması barədə yenidən - Danışıqlara başlandı

BQXK  hərbçimizin meyitinin alınması barədə yenidən   - Danışıqlara başlandı

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) aprelin 2-dən 5-dək cəbhə xəttində erməni hərbi birləşmələrinin törətdiyi təxribatın qarşısının alınması ilə bağlı gedən döyüşlərdə ermənilər tərəfindən öldürülən azərbaycanlı hərbçinin meyitinin alınması ilə bağlı yenidən danışıqlara başlayıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

Qurum nümayəndəsi qeyd edib ki, hazırda bu istiqamətdə danışıqlar davam etdirilir:"Baynəlxalq Qızıl Xaç Komitəsi hazırda münaqişə tərəfləri ilə itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması ilə bağlı dialoqu davam etdirir. Həmin dialoq konfedensial olduğuna görə ictimaiyyətə açıqlanmır".

Xatırladaq ki, bir neçə gün öncə Ermənistan tərəfi işğal olunmuş ərazidə bir azərbaycanlı hərbçinin meyitinin aşkar edilməsi barədə məlumat yaymışdı. Azərbaycan tərəfi BQXK-nın vasitəçiliyi ilə hərbçimizin meyitinin alınmasına çalışsa da, Ermənistan tərəfi son anda meyiti Azərbaycan tərəfə verməkdən imtina etmişdi.

Xəbər 412 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR