Gəmilər Xəzər dənizində istifadə olunacaq.
Dubayda (BƏƏ) yerləşən “Topaz Energy and Marine” şirkəti “BP Exploration (Caspian Sea) Ltd.” şirkəti ilə müqavilə imzalayıb. Şirkət Xəzər dənizində istifadə üçün BP-ni 14 gəmi ilə təchiz edəcək.
Bu barədə “Topaz Energy and Marine” şirkətinin yaydığı məlumatda bildirilib.
Məlumata görə bu gəmilər Xəzərin Azərbaycan sektorunda yerləşən və BP şirkətinin operatoru olduğu “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarında və “Şahdəniz” yatağının ikinci mərhələsində istifadə olunacaq.
Qeyd edək ki, hesablamalara görə, müqavilənin dəyəri 541 milyon dollardır. Şirkətin hazırda Azərbaycanda 21 gəmisi var.