BP-dən Xəzərdə itkin düşən neftçi ilə bağlı açıqlama

BP-dən Xəzərdə itkin düşən neftçi ilə bağlı açıqlama

Dərinsulu Günəşli platformasının yaxınlığında dəniz dibindən çıxarılmış meyitin "KCA Deutag” şirkətinin əməkdaşı olduğu təsdiqlənib. 

Aktual.az xəbər verir ki, bu barədə APA-ya Azəri-Çıraq-Günəşli yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan BP şirkətindən məlumat verilib.

"Azəri-Çıraq-Günəşli yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan BP dərin təəssüf hissi ilə bildirir ki, Dərinsulu Günəşli platformasının yaxınlığında dəniz dibindən insan meyiti çıxarılmışdır. 

Meyit sahilə gətirilib və müvafiq hüquq-mühafizə orqanlarına təhvil verilib.

Meyitin Dərinsulu Günəşli platformasında itkin düşmüş şəxsə məxsus olduğu onun işlədiyi şirkət olan "KCA Deutag” tərəfindən təsdiq olunub. Bütün əlavə sualların müvafiq hüquq-mühafizə orqanlarına ünvanlanması xahiş olunur”, - deyə məlumatda bildirilir.

"Aparılan araşdırmalar nəticəsində meyitin noyabrın 8-də itkin düşmüş "Dərinsulu Günəşli” platformasındakı qazma podratçısının işçisi, 1964-cü il təvəllüdlü Hacıyev Qalib Məmmədtağı oğlu olduğu müəyyənləşib. Meyit artıq mərhumun ailəsinə təhvil verilib”, - deyə hüquq-mühafizə orqanlarından bildirilib.
 
 
Aktual.az
Xəbər 708 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR