Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsindəki neft-qaz terminalı adi rejimdə işini davam etdirir.
Aktual.az xəbər verir ki, bu barədə Trend-ə terminalın operatoru olan "BP-Azerbaijan"ın mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, Səngəçal terminalındakı ixrac boru kəmərlərində bütün işlər və əməliyyat fəaliyyəti adi rejimdə davam edir.
Xəbər 251 dəfə oxunub.