"Gələn il "BP-Azerbaijan” şirkəti hasilatın artırılmasına ayrıca vəsait ayıracaq”.
Aktual.az APA-ya istinadən xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qordon Birrel bildirib.
Onun sözlərinə görə, iri və artıq istismarın yetkin dövründə olan yataqlarda müəyyən vaxtdan sonra hasilatın aşağı düşməsi təbiidir:
"Həmin yataqlarda layların aşağı məhsuldarlığı müşahidə olunur. 2014-2016-cı illərdə olduğu kimi, 2017-ci ildə də hasilatın təbii enişinin qarşısını almaq üçün BP investisiya yatırımını və səylərini davam etdirəcək.
Gələn il üçün dəqiq proqnozumuz hələlik yoxdur. Bu məsələ SOCAR-la müzakirə olunur. Biz bütün gücümüzü ona yönəldirik ki, laylarda təbii məhsuldarlığın enməsini ləngidək və ya minimuma endirək”.
Aktual.az
Xəbər 596 dəfə oxunub.