Böyrək daşlarının müalicəsində daha bir yenilik – VİDEO

Böyrək daşlarının müalicəsində daha bir yenilik   – VİDEO

Azərbaycanda böyrək daşlarının müalicəsində son yeniliklərdən olan, tam təbii yollarla böyrəyə qalxaraq, böyrək daşlarının holmium-lazerlə müalicəsi böyrək daşlarından əziyyət çəkən xəstələrin xüsusi marağına səbəb olub.

Aktual.az bu üsulun üstünlükləri ilə bağlı Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, Fransa təhsilli mütəxəssis, Dr. Araz Bayramovun fikirlərini öyrənib.

Portalımıza açıqlamasında Dr. Araz Bayramov bildirib ki, bu üsul heç bir ağrı, kəsik olmadan, ən qısa müddətə xəstələrə böyrək daşlarından azad olmağa imkan yaradır:

"Son illər böyrək xəstəliklərindən, xüsusən böyrək daşlarından əziyyət çəkən xəstələrin sayı sürətlə artır. Bu səbəbdən böyrək daşlarının müalicəsi sahəsində vaxtaşırı olaraq yeniliklər əldə etməyə çalışırıq. Tam təbii yollarla böyrəyə qalxaraq, böyrək daşlarının holmium-lazerlə müalicəsi dünya urologiyasının son illərdə əldə etdiyi ciddi uğurlardan biridir. Bu üsulün üstünlüyü heç bir anesteziya aparılmadan, yəni şəkərli diabet, ürək xəstələrini risk altına atmadan həyata keçirilməsindədir”.

Xatırladaq ki, Dr. Araz Bayramov Avropada təhsil alıb. Fransanın Eduard Herriot adına Mərkəzi Xəstəxanasında çalışıb.

Böyrək daşlarının ən müasir üsulla çıxarılması, prostat xərçənginin erkən aşkarlanması və müalicəsi, böyrək kistaları və törəmələrinin laporoskopik müalicəsi, uşaqlarda anadangəlmə böyrək-sidik problemlərinin aradan qaldırılması və digər uroloji-androloji problemləri ən müasir üsullarla aradan qaldırır.

(050) 234-55-60

Azər Niftiyev/Aktual.az

Xəbər 27156 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR