Boşanmaqlarına bir həftə qalmış arvadının qətlini sifariş verib

Boşanmaqlarına bir həftə qalmış arvadının qətlini sifariş verib

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Rüstəm Rzayev və Elşad Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Aktual.az  virtualaz.org-a istinadən bildirir ki, prosesə hakim Şəkər Məmmədova sədrlik edib. Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə prosesi avqustun 17-nə təyin edilib.

Xatırladaq ki, bu ilin yanvar ayının 10-da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbə sakini, 51 yaşlı Sevil Rzayevanın üzərində zorakılıq əlaməti olan meyidi yaşadığı mənzildə aşkar edilib. Mərhumun meyidini ilk görən oğlu Ruslan Rzayev olub. Ruslan atasına anasının öldürülməsi ilə bağlı məlumat verib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən mərhumun keçmiş əri Rüstəm Rzayev və tanışı Elşad Həsənov həbs olunublar.

Qətlin sifarişçisinin mərhumun keçmiş əri sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rüstəm Rzayev olduğu müəyyənləşdirilib. Yanvarın 18-də tərəflər arasında boşanma ilə bağlı məsələyə baxılacaqmış.

Xəbər 758 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR