“Borussiya” “Yuventus”un İlkay Gündoğanla bağlı təklifini qəbul etməyib.
Aktual.az Qol.Az--a istinadənverdiyi xəbərə görə, Dortmund təmsilçisi İtaliya klubunun türkəsilli futbolçu üçün irəli sürdüyü 30 milyon avroluq təklifi rədd edib.
Bildirilib ki, “Yuventus” İlkayı 2016-cı ilin yanvarında transfer etmək istəyib. Amma “Borussuya” 2017-ci yayına kimi müqaviləsi olan futbolçu ilə əməkdaşlığı davam etdirmək niyyətindədir.
Qeyd edək ki, bundan əvvəl almanlar “Barselona”nın da İlkayla bağlı təklifinə mənfi cavab verimişdi.
Aktual.az