Borcunu ödəyə bilmədiyi üçün məhkəməyə düşən şəxsin əmək haqqından aylıq hansı məbləğdə pul tutula bilər?
Mövzu ilə bağlı açıqlama verən hüquqşunas Asif Abdullayev bildirdi ki, İcra Haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, borcun ödənilməsi borclunun əmək haqqına və digər gəlirlərinə yönəldikdə, borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50%-dən çox ola bilməz:
"Tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50%-i borcluda qalmalıdır".
Hüquqşünas bu məsələdə bəzi istisnaların olduğunu da qeyd etdi. O bildirdi ki, alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı tutulma 70%-a qədər ola bilər. (atv.az)
Xəbər 519 dəfə oxunub.