Azərbaycanda 2015-ci ildə dövlət təşkilatları üzrə debitor borcların azalması müşahidə olunub.
Aktual.az report-a istinadən bildirir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin iclasında çıxışı zamanı bildirib: "Lakin Hesablama Palatasının apardığı audit tədbirləri göstərir ki, debitor borcların ödənişinə nəzarəti gücləndirmək lazımdır".
"Kəsirin yuxarı həddi nəzərdə tutulandan 6 dəfəyə qədər az olub və 286 mln. manat təşkil edib. Özəlləşmədən daxilomalar nəzərdə tutulandan 17% az icra olunub", - deyə Palata sədri qeyd edib.
V.Gülməmmədov deyib ki, özəlləşdirmədə proqnoz göstəricilərin yerinə yetirilməməsi özəlləşdirilmiş müəssisə və obyektlərin satışından az gəlirlərin əldə edilməsi ilə əlaqədar olub.