Borc pul verəndə borc müqaviləsi mütləq bağlayın.
Aktual.az atv.az-a istinadən bildirir ki, bu barədə ATV-nin efirində yayımlanan "Qanunla biz" verilişində vəkil Şəfiqə Nağıyeva bildirib:
"Borc verəndə notariusda müqavilə bağlayın. Borcunuz qaytarılmayanda, notariusda müqavilə bağladığınız üçün sonra məhkəməyə müraciət etməyə ehtiyac olmayacaq. Borc müqaviləsi dərhal da ləğv oluna bilər. Borc verildikdən sonra müəyyən olunur ki, o adamın vəziyyəti ağırdır. Həmin borcunu qaytarılması üçün təhlükəsi yaranır. Notariusa müraciət edəndə borc müqaviləsi dövlət rüsumu 93 manatdır. Məbləğdən asılı olmayaraq, dövlət rüsumu 63 manatdır".