Borc məsləhət mərkəzləri yaradılacaq - Azərbaycanda

Borc məsləhət mərkəzləri yaradılacaq - Azərbaycanda

Azərbaycanda perspektivdə borc məsləhət mərkəzləri yaradıla bilər.

"Report"un verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) Azərbaycan üzrə direktoru Aliyə Əzimova bildirib.

"Borc məsləhət mərkəzlərinin yaradılması sahəsində İFC böyük təcrübəyə malikdir. Bu sahədə Azərbaycanda potensial çoxdur. Belə mərkəzlərin yaradılması həddən artıq borclanmanın qarşısını almaqda mühüm rol oynaya bilər. Borclar üzrə məsləhətləşmələr mexanizminin yaradılması önəmlidir", - deyə A.Əzimova qeyd edib. 
A.Əzimova bildirib ki, hazırda Azərbaycan iqtisadiyyatı təzyiq altındadır. Ticarət sahəsində tarazlığın pozulması maliyyə sektoruna da mənfi təsir göstərib.

Onun sözlərinə görə, gələcəkdə Azərbaycanda bir sıra layihələr, o cümlədən fermerlərə biznesin idarə edilməsi üzrə layihənin həyata keçirilməsi də mümkündür.
 
Aktual.az
Xəbər 506 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR