Bomba həyəcanı: 20 min nəfər təxliyyə edildi

Bomba həyəcanı:  20 min nəfər təxliyyə edildi

Almaniyanın Köln şəhərində II Dünya müharibəsi dövründən qalan partlamamış bomba 20 min insanın təxliyə edilməsinə səbəb olub.  

"Report" "Anadolu" Agentliyinə isitinadən xəbər verir ki, bombanın aşkarlandığı ərazinin ətrafında olan məkanlar müvəqqəti bağlanıb. 

Məlumatda bildirilib ki, bomba 1 ton ağırlığındadır. Evlərini tərk edənlər Köln şəhərinin Riehl və Mülheim səmtlərində yaşayanlardır.
Şəhərin bələdiyyə nümayəndəsi bombanın günortadan sonra məhv ediləcəyini açıqlayıb. 

Qeyd edək ki, ötən həftə də Hannover şəhərində partlamamış bomba tapılmış, nəticədə 31 min nəfər təxliyə edilmişdi. ABŞ Hərbi Hava Qüvvələri tərəfindən II Dünya müharibəsi zamanı atılmış bomba zərərsizləşdirilmişdi.

Aktual.az

Xəbər 666 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR