Boluda Qarabağ parkı və ilk Xarıbülbül
abidəsinin açılışı olub.
Türkiyənin Bolu
vilayətində Azərbaycan və Türkiyə millət
vəkillərininin, ziyalılarının, Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş
tanınmış aydınların, Bolu valisi və bələdiyyə başqanının, QHT, KİV rəhbərləri və yüzlərlə yerli sakinin iştirakı ilə
keçirilən Qarabağ parkı və Qarabağ,
Xarıbülbül abidəsinin açılışı mərasimində çıxış edən Bolubələdiyyə başqanı Alaeddin
Yılmaz bildirib ki, bir neçə ay əvvəl bölgədə
Qarabağ problemi ilə bağlı konfrans verən millət vəkili Q.Paşayeva Boluda Qarabağ parkı təklifi ilə çıxış etdiyi zaman bir bələdiyyə
başqanı olaraq qısa zamanda bu təklifin reallaşacağını söyləmişdi və bu gün bu
parkın açılışını həyata keçirməkdən çox məmnundur.Azərbaycana böyük sevgi
bəslədiyini deyən bələdiyyə başqanıAlaeddin
Yılmaz və Bolu valisi Aydın Baruşbildiriblərki, Qarabağ, Xocalı soyqırımı
ağrısıbütün Türklərinağrısıdır və inşallah bu problemi birlikdə
həll edəcəyik. Boluda
İstanbul-Ankara yolu üzərində yerləşən və böyük bir ərazini əhatə edən yüksək səviyyəli Qarabağ
parkını ziyarət edəcək hər bir insan Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə
bağlı məlumatları əldə edə biləcəklər.Qarabağ,
Xarıbülbül abidəsi qoyulmuş Qarabağ parkındahər iki qardaş ölkənin bayrağının
bərabər dalğalanacağını deyən bələdiyyə başqanı inşallah qısa zamanda
Azərbaycanın işğal altında olan torpaqlarının azad olunmasını istəyirik və
bunun üçün birlikdə mübarizə edəcəyik deyib. Bələdiyyə başqanı bu heykəlin
Azərbaycanda hazırlanaraq Boluya gətirilməsini öz üzərinə götürən Avrasiya
Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri, millət vəkili Q.Paşayevaya,
Yeni Yurd İctimai Birliyinin sədri Mahirə Əsədovaya, heykəltaraş Akif Əsgərova
bolular adından təşəkkürünü bildirib və bu abidənin Bolu üçün çox böyük bir
hədiyyə olduğunu deyib. Parkın açılışında çıxış edən millət vəkili Q.Paşayeva
Bolu bələdiyyə başqanına və əməyi keçən hər kəsə təşəkkür edərək Ermənistanın
işğalçılıq siyasəti, Xocalı soyqırımı, Ermənistanın işğal etdiyi torpaqlarımızda
törətdiyi vandalizm aktları, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün
hələ də öz evinə dönə bilməməsi, beynəlxalq təşkilatların bunun üçün rəsmi
İrəvana heç bir təzyiq göstərməməsi, ikili standartlar barədə geniş çıxış edib.
Çıxışına Azərbaycan və Türkiyə uğrunda şəhid olan bütün insanlarımızın
qarşısında baş əyərək, qazilərimizi sayğı ilə anırıq sözləri ilə başlayan
millət vəkili Q. Paşayeva bildirib ki Azərbaycan və Türkiyə Azərbaycanın
ümumimilli lideri Heydər Əliyevin söylədiyi kimi bir millət, iki
dövlətdir və bu gün Boluda Qarabağ parkı və Qarabağ, Xarıbülbül
abidəsinin açılışı dost da düşmənə də ciddi bir mesajdır:"Harada
doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk
insanı bu gün Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş
çatdırılması üçün çalışmalıdır”. Qarabağ, Xarıbülbül abidəsi barədə geniş
məlumat verən millət vəkili Q.Paşayeva bildirib ki qardaş Türkiyədə ilk Xarıbülbül
heykəli Boluda açıldı. Heykəlin memarı Akif Əsgərovla heykəl
hazırlanmadan öncə geniş müzakirələr apardıqlarını deyən millət vəkili Q.
Paşayeva Xarıbülbül abidəsi, Qarabağla bağlı geniş bilgilər verdiyini də deyib.
O bildirib ki, Xarıbülbül abidəsinin üzərində Azərbaycanın və bütün Türk
dünyasınını böyük şairləri və aydınları Molla Pənah Vaqif və Xan qızı
Xurşudbanu Natavanın kiçik heykəlləri, qədim Şuşa məscidi, muğam musiqimizin
ifasıni əks etdirən muğam üçlüyü, Xocalı soyqırımını əks etdirən fəryad edən
ana abidəsi öz əksini tapır. Heykəltaraş Akif Əsgərova təşəkkürünü
bildirən millət vəkili Q.Paşayeva bildirib ki, rəhbərlik etdiyi Avrasiya
Beynəlxalq Araşdırmalar İnstitutu İB olaraq Yeni Yurd İctimai Birliyi ilə
birlikdə bu heykəlin hazırlanmasına dəstəyi özlərinə borc biliblər. Yeni Yurd
İctimai Birliyinin rəhbəri Mahirə Əsədova da Boluda belə bir heykəlin
açılmasından bütün şəhidlərimizin ruhunun şad olduğunu deyib və inşallah belə
abidələr yaxın zamanlarda Ali Baş Komandanımızın rəhbərliyi ilə işğaldan azad
edəcəyimiz gözəl Qarabağımızda da ucalsın deyib. O, Azərbaycanın və ordumuzun
inkişafından da danışaraq bildirib ki Azərbaycan və Türkiyə arasında bütün
istqiqamətlərdə əməkdaşlığın genişlənməsi bölgədə gücümüzü daha da artırır.
Millət vəkili Qənirə Paşayeva isə mən inanıram ki, biz Azərbaycan və
Türkiyə olaraq əl-ələ verib torpaqlarımızı Ermənistanın işğalından azad edəcək
vəo gözəl torpaqlarımızda Bolu adına parkın açılışında da birlikdə
iştirak edəcək, bu cür tədbirləri o gözəl torpaqımızda da keçirəcəyik
deyib. Millət vəkili Q.Paşayeva biz getdiyimiz hər bölgədə bu təkliflə
çıxış edirik, ümid edirik ki Boludakı bu yüksək səviyyəli park və abidənin
açılmasından sonra bir çox bələdiyyələr də bu addımı atacaq və onları buna çağırırıq
deyib. Çıxışlarda sonra Azərbaycanın Əməkdar Artisti Nuriyyə Hüseynovanın
canlı Qarabağ şikəstəsi ifasında Qarabağ parkı və Xarıbülbül abidəsinin açılışı
olub, parkın və abidənin lenti kəsilib, şəhidlərimizin ruhuna dualar
oxunub. Millət vəkili Q.Paşayeva və Yeni Yurd İctimai Birliyinin rəhbəri Mahirə
Əsədova tədbir iştirakçılarının və KİV nümayəndələrinin suallarını da
cavablandırıb.