Boksçumuz yarımfinalı dopinqə görə keçə bilib? - Rəsmi açıqlama

Boksçumuz yarımfinalı dopinqə görə keçə bilib?   - Rəsmi açıqlama

Xəbər verdiyimiz kimi, azərbaycanlı boksçu Teymur Məmmədov (+81 kq) Bakıda keçirilən Dünya Olimpiya Təsnifat Turnirinin finalına yüksəlib. 

Belə ki, iyunun 23-də üz-üzə gəlməli olduğu rəqibi rusiyalı Pyotr Xamukov tibbi yoxlanışdan keçə bilməyib. Daha sonra isə 1/4 finalı da döyüşsüz keçirərək Rioya lisenziyanı təmin edən boksçumuz yarımfinal mərhələsini də rinqə çıxmadan adlayıb.

Aktual.az xəbər verir ki, AzNews.az-ın əldə etdiyi məlumata görə, rəqibin rinqə çıxmamasına səbəb qanında dopinq çıxması olub. Bu səbəbdən də o, yarışdan uzaqlaşdırılıb.

Azərbaycan Boks Federasiyasının mətbuat katibi Ramiz Mirzəzadə saytımıza açıqlamasında məsələyə aydınlıq gətirib. O, idmançının qanından dopinq çıxmadığını deyib: “Sadəcə elə zədələr olur ki, idmançının yarışa çıxması düzgün olmur. Teymurun rəqibi də bundan öncəki döyüşdə ciddi zədələnibmiş. Ona görə rinqə buraxılmayıb”. 

Federasiya rəsmisi həmçinin qeyd edib ki, yarışda hələ heç bir boksçunun qanında qadağan olunmuş maddə aşkarlanmayıb. “Bu barədə ciddi nəzarət var. Dopinq test yoxlanışı yarışa yekun vurulduqdan sonra baş tutacaq”.

Qeyd edək ki, final döyüşü bu gün baş tutuacaq. T.Məmmədovun (81kq) rəqibi Almaniya boksçusu Serge Mixel olacaq.

Xəbər 522 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR