Boksçu rinqdə aldığı travmadan öldü

Boksçu rinqdə aldığı travmadan öldü
  • İDMAN

Avstraliyalı boksçu Kiçik Devid Braun rinqdə filippinli Karlo Maqali ilə döyüş zamanı aldığı travmalardan dünyasını dəyişib.

Aktual.az Report-a istinadən xəbər verir ki, Beynəlxalq Boks Federasiyasının versiyası üzrə regional titullardan biri uğrunda Braun və Maqali arasında keçirilən döyüş 12-ci raundda nokautla filippinlinin xeyrinə başa çatıb. Qarşılaşma cümə günü baş tutub.

Döyüşdən sonra 28 yaşlı Braun kəllə-beyin travması ilə xəstəxanaya çatdırılıb.

O, peşəkar rinqdə 25 döyüş keçirib (22 qələbə, 2 məğlubiyyət və 1 heç-heçə).

Xəbər 694 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR