Boeing iki qəza ilə bağlı günahını etiraf edib

Boeing iki qəza ilə bağlı günahını etiraf edib

ABŞ-nin "Boeing" şirkəti 346 nəfərin ölümünə səbəb olan iki 737 MAX təyyarəsinin qəzası ilə bağlı günahını etiraf edib.
Aktual.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, "Boeing” ABŞ Ədliyyə Nazirliyinə iddia ərizəsi təqdim edib və tənzimləyicilərlə fəal əməkdaşlığı davam etdirəcəyini vurğulayıb.
Bu müqavilənin bir hissəsi olaraq, şirkət həmçinin 243,6 milyon dollar cərimə ödəməyə razıdır. Bundan əlavə, "Boeing" üç il ərzində təhlükəsizlik proqramlarını və tənzimləyici standartlara uyğunluğu yaxşılaşdırmaq üçün ən azı 455 milyon dollar sərmayə qoymağı planlaşdırır.
Hər iki təyyarə qəzasında ölənlərin ailələri etiraz etmək hüququna malikdir.
"Boeing 737 Max" təyyarəsi 2018-ci ildə İndoneziyada, 2019-cu ildə isə Efiopiyada qəzaya uğrayıb, iki qəzada yüzlərlə insan həlak olub. Hər iki halda qəzanın əsas səbəbi müəyyən şərtlər altında təyyarənin burnunu avtomatik aşağı endirən sistemin nasazlığı olub.

Xəbər 170 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR