BMT TŞ terrorçuluğun maliyyələşdirilməsinə qarşı qətnamə qəbul etdi

BMT TŞ terrorçuluğun maliyyələşdirilməsinə qarşı qətnamə qəbul etdi
  • DÜNYA

BMT Təhlükəsizlik Şurası terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizəyə dair qətnamə qəbul edib.


Aktual.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, qətnamə əsasən, bütün ölkələr İŞİD, “Əl Qaidə” terror qruplaşmalarının, onlarla əlaqəli olan şəxslərin, qrupların, müəssisələrin və təşkilatların maliyyələşdirilməsinin və hər-hansı digər dəstək göstərilməsinin qarşısını almalıdırlar.

İcrası mütləq olan sənəd qeyd olunan şəxslərin vəsaitlərinin və maliyyə aktivlərinin dərhal dondurulmasını, onlara birbaşa və ya dolayısilə silah tədarükünə yol verilməməsini, şəxslərə və təşkilatlara ünvanlanan vəsaitlərin, digər maliyyə aktivlərin və iqtisadi resursların axınının qarşısını almaq üçün ciddi və qətiyyətli tədbirlərin görülməsini tələb edir.

Qeyd olunur ki, İŞİD-ə dəstək verən şəxslər və təşkilatlar sanksiya siyahısına daxil ediləcəklər.

Xəbər 239 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR