BMT TŞ-də Bakını dəstəkləyən sürpriz ölkə…

BMT TŞ-də Bakını dəstəkləyən sürpriz ölkə…

Ermənistan, Qarabağ separatçıları, erməni lobbisi və onlara dəstək verən mərkəzlər Laçın yolu mövzusunu qloballaşdırmağa çalışır. BMT Təhlükəsizlik Şurasında təşkil edilən müzakirələrin qayəsini bu təşkil edirdi.
Aktual.az xəbər verir ki, bu barədə "Atlas” Araşdırmalar Mərkəzinin analizində bildirilib.
Qeyd edilib ki, BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə sənəd qəbul edilmədi:
"Qətnamənin qəbulu üçün Təhlükəsizlik Şurasının daimi üzvlərinin yekdil qərar verməsi lazım idi. Bu isə indiki şəraitdə mümkün deyil. Təhlükəsizlik Şurasının daimi üzvləri olan Rusiya və Çin hər zaman digər 3 üzv – ABŞ, Fransa və Böyük Britaniyanın təkliflərinin əleyhinə səs verirlər. Rusiya-Ukrayna müharibəsi fonunda münasibətlər daha da gərginləşib. Ona görə də daimi üzvlərdən birinin – Fransanın Ermənistanın və Qarabağ separatçılarının xeyrinə qəbul etmək istədiyi sənədə Rusiya dəstək verməyəcək, veto hüququndan istifadə edəcəkdi. Bunun digər səbəbi Moskvanın ABŞ və Avropa İttifaqının Cənubi Qafqazda fəallığından keçirdiyi narahatlıqdır.
BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamə ABŞ və Böyük Britaniyanın da maraqlarına cavab vermirdi, hər ikisinin Azərbaycanla strateji tərəfdaşlığı mövcuddur. ABŞ və Böyük Britaniyanın BMT-dəki təmsilçiləri sadəcə Laçın yolunun açılması vacibliyini bildirdilər, eyni zamanda alternativ yolların istifadəsini də mümkün saydılar. Ümumiyyətlə Təhlükəsizlik Şurasında "Ağdam-Xankəndi yolu” ifadəsinin tez-tez səslənməsi faydalı idi. Vaşinqton və London Azərbaycana qarşı hər hansı sənəd qəbul etməməklə Bakı ilə münasibətləri korlamaq istəmədilər, "Laçın yolu açılmalıdır” deməklə isə İrəvanı razı salmağa çalışdılar. Albaniyanın BMT-dəki təmsilçisinin Azərbaycanın haqlı mövqeyini dəstəkləyən çıxışı isə iki ölkə arasındakı münasibətlərin inkişafı üçün yaxşı zəmindir”.
Analizdə "bundan sonra nə olacaq” sualına da cavab axtarılıb:
"Ermənistanın hakimiyyət təmsilçiləri BMT-də Azərbaycan əleyhinə hər hansı qətnamənin qəbul olunmamasını məğlubiyyət kimi qiymətləndirməyəcəklər, "biz mötəbər beynəlxalq təşkilatda Qarabağ ermənilərinin mövcud durumu və Laçın yoluyla bağlı müzakirələrə nail olduq” fikrini əsas tutacaqlar. Ancaq zaman keçdikcə bu müzakirələr unudulacaq, reallıq isə dəyişməyəcək: Qarabağ erməniləri Ağdam-Xankəndi yolundan istifadə etməli və Azərbaycan qanunları ilə yaşamalıdırlar! Bu məsələdə güzəşt olmayacaq. Laçın yolu ilə bağlı da manevr imkanlarımız mövcuddur, hansı şərtlər daxilində bu yoldan daşınmanın mümkün olduğunu müəyyənləşdirməli və bəyan etməliyik ki, ermənilərin böyük dövlətlər və beynəlxalq təşkilatlar vasitəsilə Azərbaycana mümkün təzyiqlərini heçə endirək. BMT Təhlükəsizlik Şurasındakı müzakirələr bizi iki hədəfimizdən yayındırmamalıdır:
1. İki ildən sonra Rusiya hərbi kontingentinin Qarabağı tərk etməsinə nail olmalıyıq;
2. Qarabağ separatçılarını tərk-silah etməliyik”.
Xəbər 522 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR