BMT Suriyada atəşkəsə nəzarət edəcək

BMT Suriyada atəşkəsə nəzarət edəcək
  • DÜNYA

 Vyanada ötən gün Suriya üzrə çoxtərəfli görüşün iştirakçıları arasında bu ölkədə  atəşkəs rejiminin müşahidəsi üçün BMT-nin monitorinq missiyasının yaradılmasına dair razılıq əldə olunub.

Aktual.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, BMT Təhlükəsizlik Şurası bu qərarı qəbul edəcəyi qətnamə ilə təsdiqləmək niyyətindədir.  

Qeyd edək ki, Vyanada qəbul olunmuş üç səhifəli sənəddə həmçinin bir neçə təşəbbüs irəli sürülüb. Onların arasında müxalifət qruplarının konsolidasiyası, yeni hökumətin formalaşdırılması və yeni konstitusiyanın hazırlanması istiqamətində işlərin aparılması və 18 ay ərzində seçkilərin aparılması kimi müddəalar var. 

Xəbər 351 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR