BMT: Son 10 ildə dünyada 827 jurnalist öldürülüb

BMT: Son 10 ildə dünyada 827 jurnalist öldürülüb
  • DÜNYA

Son 10 il ərzində dünyada 800-dən çox jurnalist öldürülüb, cinayətlərin yalnız 8%-nin üstü açılıb.

APA-nın məlumatına görə, bu barədə BMT baş katibinin bəyanatında bildirilir.

"Son 10 ildə jurnalistlərlə bağlı 827 ölüm halı qeydə alınıb. Bununla bağlı cinayətkarların yalnız 8%-i məsuliyyətə cəlb olunub”, bəyanatda qeyd olunub.

YUNESKO-nun son məruzəsinə əsasən 2014/2015-ci illərdə 213 jurnalist həyatını itirib. KİV əməkdaşlarının ölüm halları ən çox ərəb ölkələrində qeydə alınıb – 78 nəfər. Latın Amerikasında -51, Asiya-Sakit okean zonasında 34, Afrikada – 27, Mərkəzi və Şərqi Avropada 11 jurnalist öldürülüb.
 
Aktual.az
Xəbər 393 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR