Həbsdə olan jurnalist Xədicə İsmayılın azadlığa buraxılması Azərbaycan hökumətinin insan hüquqlarına hörmətlə yanaşmasıdır.
Aktual.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olan BMT-nin İşçi qrupunun baş məruzəçisi Setondci Roland Adcovi deyib.
O qeyd edib ki, bu, müsbət haldır: "Jurnalist azadlığa buraxıldı və fəaliyyətini davam etdirəcək. Amma biz, hələ ki, məhkəmənin qərarı ilə tanış deyilik. Qərarla tanış olandan sonra bu barədə müzakirələr aparacağıq və bunu hesabatda qeyd edəcəyik".