BMT PKK-nı Türkiyədən üstün tutdu

BMT PKK-nı Türkiyədən üstün tutdu
  • DÜNYA

BMT-nin Suriya üzrə nümayəndəsi Stefan de Mistura PKK terror təşkilatının Suriya qanadı hesab edilən PYD-nin sədri Salih Müslimi Cenevrə danışıqlarına dəvət edib.


Aktual.az axar.az-a istinadən bildirir ki, bu barədə "Sputnik" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Salih Müslim Stefan de Misturanın təyin etdiyi bir şəxslə Belçikada görüşüb və Cenevrə danışıqlarına dəvət olunub.

Məhz bundan sonra Türkiyə PYD-nin danışıqları qatılmaması üçün cəhdlərini artırıb.

Rəsmi Ankara PYD-ni PKK-nın Suriya qanadı hesab edir. Türkiyə baş naziri Əhməd Davudoğlu PYD-nin Suriya üzrə sülh danışıqlarına qatıla bilməyəcəyini açıqlayıb.

Qeyd edək ki, Suriyada siyasi keçid hökumətinin formalaşdırılmasını nəzərdə tutan Cenevrə danışıqlarının yanvarın 28-də baş tutması gözlənilir.

Xəbər 353 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR