BMT-nin baş katibi Pan Gi Mun aprelin sonunda ilk dəfə Azərbaycana rəsmi səfər etməyi planlaşdırır.
Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə TASS agentliyinə mənbə bildirib.
"Mən dəqiq tarixi deyə bilmərəm, amma səfər BMT-də Paris iqlim üzrə sazişinin imzalanması mərasimindən sonra baş tutacaq" - deyə mənbə bildirib.