"2023-cü ildə Əfqanıstan əhalisinin üçdə ikisinin humanitar yardıma ehtiyacı olacaq”.
Aktual.az xəbər verir ki, bunu BMT-nin azərbaycanlı rəsmisi, təşkilatın Əfqanıstandakı humanitar məsələlər üzrə əlaqələndiricisi Ramiz Ələkbərov deyib.
"Əfqanıstan əhalisinin 65%-nin hansısa formada humanitar yardıma ehtiyacı olacaq. Bu il ÜDM-in 35-40% azalacağını gözləyirik”, - əlaqələndirici bildirib.
Onun sözlərinə görə, vəziyyət 700 min iş yerinin itirilməsinə səbəb olub.
"Əhalinin gəlirlərinin dörddə üçü ərzağa xərclənir, 25 milyona yaxın insan yoxsulluq şəraitində yaşayır”, - R.Ələkbərov əlavə edib.(report)
Xəbər 219 dəfə oxunub.