BMT-nin 2016-2017-ci illər üçün büdcəsi təsdiq edilib

BMT-nin 2016-2017-ci illər üçün büdcəsi təsdiq edilib
  • DÜNYA

BMT Baş Assambleyası 2016-2017-ci illər üçün ümümdünya təşkilatının büdcəsini təsdiq edib.

Növbəti iki il üçün büdcə 5,4 milyard dollar olacaq ki, bu da əvvəlki ikillik dövr üçün olan göstəricidən 2,3% azdır.
Aktual.az "Report"a xəbər verir ki, müvafiq qətnamə Baş Assambleyanın plenar iclasında konsensus əsasında qəbul edilib.
Sənəddə əks olunan məlumata görə, məbləğin böyük hissəsi - 1,2 milyard dollardan çox - dünyanın müxtəlif yerlərində 12 missiya və nümayəndəliyi idarə edən BMT-nin Siyasi Məsələlər Departamentinin saxlanılmasına yönləndiriləcək.
Təsdiqlənmiş büdcəyə sülhməramlı əməliyyatların xərcləri daxil edilməyib. Cari maliyyə ilində - 20 iyun 2016-cı ilə qədər - bu məqsədlər üçün 8,27 milyard dollar ayrılmışdı.

Xəbər 324 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR