BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın növbəti ballistik raket sınağını pisləyib.
Aktual.az Ölkə.az-a istinadən xəbər verir ki, BMT TŞ Şimali Koreyanın nüvə sınaqlarını davam etdirməsini pisləyərək bunu sərt bir ifadə ilə qınayıb.
BMT TŞ-nın Venesueladan olan daimi nümayəndəsi Rafael Ramires BMT-nin Şimali Koreyaya qarşı yeni qətnamə qəbul edəcəyini bildirib. O, vurğulayıb ki, Şimali Koreya bu hərəkətləri ilə beynəlxalq hüquq normalarını pozaraq dünyada sülhə təhlükə törədir.