BMT baş katibi ölkəsinin prezidenti ola bilər

BMT baş katibi ölkəsinin prezidenti ola bilər
  • DÜNYA

BMT baş katibi Pan Gi Mun Cənubi Koreyada prezident postu uğrunda mübarizə apara bilər.

Aktual.az  report-a istinadən xəbər verir ki, o, yanvarın 1-də səlahiyyətləri başa çatandan və bir neçə günlük istirahətdən sonra vətəninə qayıdacağını bildirib. 

Baş katib prezidentlik iddiaları haqqında sualları cavablandırmasa da, öz ölkəsinə yardım etmək yolları haqqında düşündüyünü söyləyib və Cənubi Koreyadakı vəziyyəti "olduqca mürəkkəb" adlandırıb. 

Qeyd edək ki, Cənubi Koreyada növbəti prezident seçkiləri 2017-ci ilin dekabr ayında baş tutmalıdır. Lakin Konstitusiya Məhkəməsi Pak Kın Xeni hakimiyyətdən uzaqlaşdırmaq barədə qərar qəbul edərsə, seçkilər həmin qərardan 60 gün sonra keçirilməlidir. 
 
Aktual.az
Xəbər 472 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR