BMT indiyədək Azərbaycanda könüllülük hərəkatını fəal şəkildə dəstəkləyib.
Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bunu BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin müavini Natalia Alhazişvili Azərbaycan Tələbə-Könüllülərin I forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, BMT-nin əsas işlərindən biri hər bir ölkədə olan yaxşı işləri digər dövlətlərə nümunə göstərməkdir: "Bu mənada Azərbaycanda yalnız gənclərlə bağlı deyil, ümumilikdə könüllülük hərəkatının necə dəstəkləndiyini başqa ölkələrə nümunə göstərmək lazımdır".
Xanım N.Alhazişvili bildirib ki, könüllülük insanın öz daxili istəyi ilə bağlıdır: "Əgər siz könüllü olmaq istəyirsinizsə, deməli, yaxşı bir iş görmək istəyirsiniz".