Blokda qızla öpüşdüyünə görə öldürüldü - BAKIDA (EKSKLÜZİV FOTO)

Blokda qızla öpüşdüyünə görə öldürüldü - BAKIDA (EKSKLÜZİV FOTO)

Bakı Apellyasiya Məhkəməsində Bakı ş. sakini Kamran Həsənzadənin (1991-ci il təv.) CM-nin 120.2.2- (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddəsi ilə məhkəmə prosesi başa çatıb. 

Aktual.az xəbər verir ki, 2015-ci il iyunun 29-na keçən gecə 5 saylı şəhər xəstəxanasından Nərimanov r/n 18-ci polis bölməsinə çoxsaylı bıçaq xəsarətləri ilə Nazim Ələkbərlinin daxil olması və göstərilən tibbi yardımlara baxmayaraq ölməsi haqda məlumat verilib.  Başlanan araşdırma ilə müəyyən edilib ki, hadisə H.Əliyev prospektindəki 54 saylı binanın həyətində baş verib. Fakta görə rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, şübhəli şəxs qismində Kamran Həsənzadə saxlanılıb..

İş üzrə dindirilmiş Kamran Həsənzadə bildirib ki, həmin gecə bir məhəllədə yaşayan Ərəhman və Sultanla özünə məxsus "Mercedes” markalı avtomaşınla imsak etmək üçün kafeyə gediblər və yarımsaatdan sonra həyətə qayıdıblar. Maşından düşərək 2-3 dəqiqə söhbət ediblər. Sağollaşmaq istəyən zaman, sonradan adını bildiyi Nazim Aysel Mənsimova ilə yanlarından keçib, onun yaşadığı bloka daxil olub. Blokun açıq qalmış tayından onların pilləkən meydançasında dayanıb, bir-biri ilə qucaqlaşıb, öpüşdüklərini görüblər. Həmin şəxslərin onun yaşadığı blokda bu cür hərəkəti Kamranı narahat edib və  bu səbəbdən o, Nazimlə tanış olub, söhbət etməyi qərara alıb. Ələkbərli blokdan çıxıb, yanlarından 5-6 metr keçdikdən sonra, Həsənzadə onu arxadan səsləyib və yaxınlaşıb, əl uzadıb görüşüb. Sultanla Ərəhman nisbətən aralıda dayanıblar. Kamran özünü təqdim edərək, bu binada yaşadığını və məhəllədə belə hərəkətlər etmək lazım olmadığını deyib. Nazim ondan hündür olub, sağ əlini sol çiyninə qoyub və yüngül sıxıb, ona ağıl öyrətməməsini və ürəyi istədiyi vaxt bura gələcəyini bildirib. Gələn qoxudan içkili olduğunu hiss edən Kamran artıq ona baş qoşmamağı düşünüb, onun sərxoş olduğunu və çıxıb getməsini söylədikdə, sonuncu aqressivləşib və söyüş söyərək, indi qayıdacağını bildirib. Təxminən 1 dəqiqədən sonra  Ələkbərli qaça-qaça onlara tərəf gələrək, onunla söhbət etmək istədiyini deyib. 1-2 addım kənara çəkilən kimi beysbol bitası ilə sifətinə iki dəfə zərbə endirib. Qabaq üst dişlərində ağrı hiss edib, dodağı partlayıb və qan gəlib. Öz maşınına tərəf qaçmaq istəyərkən Nazim kürəyindən 3-cü zərbəni vurub. Kamran avtomobilinin qapısını açıb və özünü müdafiə etmək üçün, salonun saxlanc yerində olan bıçağı götürüb ona tərəf yelləyib. Sultan və digərləri onları aralayıblar. Uşaqların arxasından çıxan Ələkbərlinin qarın nahiyəsinə Həsənzadə iki zərbə vurub, ardınca neçə xəsarət yetirməsi yadında qalmayıb. Sonra soyuq silahı yerə tullayıb. Yerə yıxılan Nazimi köməkləşib, onun avtomaşının arxa oturacağına uzatıblar və xəstəxanaya aparıblar. Kamranın maşını dostu idarə edib. Nazim əməliyyata götürülüb, Həsənzadə dostları ilə həyətə qayıdıb. Evə gəlib paltarlarını dəyişib və hadisə barədə atasına danışıb. Birlikdə xəstəxanaya qayıdıblar, oradan Kamranı 18-ci polis bölməsinə aparıblar və o, hadisəni olduğu kimi danışıb. 

Məhkəmə prosesində Kamran Həsənzadə ittiham üzrə özünü qismən təqsirli hesab edib, zərərçəkmiş şəxsin hüquqi varisi Nurəddin Ələkbərov təqsirləndirilən şəxsə ömürlük azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Həsənzadə 16 il müddətinə azadlıqdan məhrum olunub.

Hökmdən prokuror protest, məhkumun vəkili və zərərçəkən tərəf apellyasiya şikayətləri veriblər. 

Hazırlıq iclasında K.Həsənzadənin anket məlumatları dəqiqləşdirilib, vəsatətlər dinlənilib. 

Məhkəmənin qərarı haqda məlumat veriləcək. 

Aktual.az
 


















Xəbər 12423 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR