Blinkenlə Fidan Cənubi Qafqazda sülhü müzakirə etdi

Blinkenlə Fidan Cənubi Qafqazda sülhü müzakirə etdi

ABŞ Dövlət katibi Entoni Blinken türkiyəli həmkarı Hakan Fidanla Cənubi Qafqazda sülhün bərqərar olunmasını müzakirə edib.
Aktual.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Blinken telefon danışığında oktyabrın 23-də paytaxt Ankarada baş vermiş terror hücumu ilə əlaqədar Türkiyənin baş diplomatına başsağlığı verib.
"Onlar həmçinin artan qarşılıqlı əlaqələrin regionda hamı üçün faydalı olacağı ilə yanaşı, Cənubi Qafqazda ədalətli və davamlı sülhün əldə edilməsinin vacibliyini müzakirə ediblər”, – məlumatda bildirilib.
Xəbər 198 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR