ABŞ senatorları Marko Rubio və Uilyam Hagerti, həmçinin ABŞ milli kəşfiyyatının keçmiş direktoru vəzifəsini icra etmiş Riçard Qrenell Donald Trampın gələcək administrasiyasında dövlət katibi vəzifəsinə namizəddirlər.
Aktual.az xəbər verir ki, bu barədə "Politiko” nəşri məlumat yayıb.
"Senatorlar Rubio və Hagerti, eləcə də Qrenell dövlət katibi vəzifəsinə namizəddirlər, senator Tom Koton isə müdafiə naziri ola bilər”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkilərində Donald Tramp qalib gəlib.
Xəbər 281 dəfə oxunub.