İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Azərbaycan və Ermənistan arasında yaşanan gərginliyin narahatlıq doğurduğunu bildirib.
Aktual.az xəbər verir ki, bu barədə nazir azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə telefon danışığı zamanı danışıb.
"Bölgə yeni qarşıdurmaya hazır deyil. Bölgə ölkələrinin ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı İran üçün vacibdir. Azərbaycan və Ermənistan arasındakı məsələlərin sülh yolu ilə danışıqlar vasitəsilə həllinin tərəfdarıyıq və İran bu xüsusda köməklik göstərməyə hazırdır", - İran XİN başçısı vurğulayıb.
Xəbər 234 dəfə oxunub.